Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Satqınlıq Əli Kərimlinin xislətində var - Deputat

Satqınlıq Əli Kərimlinin xislətində var - Deputat

Tarix: 24 Noyabr 2019 10:03

Bakı. Elçin Mehdiyev – Trend:

Son dövürdə müxalifət düşərgəsində baş verən qalmaqallı hadisələr, o cümlədən xaricdə mühacir alveri cinayətlərində adı hallanan Müsavat partiyasının ictimaiyyətin gözündə tam rüsvay olması Əli Kərimlinin xəyanətkar niyyətlərni həyata keçirməsi üçün əlverişli şərait yaradıb. Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, siyasi fəaliyyəti boyu daim həmkarlarına və siyasi lideri Əbülfız Elçibəyə xəyanət edən Əli Kərimli bu gün də fürsəti əldən vermək istəmir və yenə də xəyanət hesabına öz planlarını həyata keçirmək isyətir:

"Satqınlıq Əli Kərimlinin xislətində var. O öz planlarını həyata keçirmək üçün hər yola əl atar. Əli Kərimli vaxtilə, 1992-93-cü illərdə öz siyasi həmkarlarını, o zamanki siyasi lideri Əbülfəz Elçibəyi satdığı kimi bu gün də öz ətrafını satmağa davam edir. Müsavat Partiyasının cəmiyyətdə rüsvay olması Əli Kərimlini xeyli həvəsləndirib və o, Müsavat Partiasını nəzarətinə götürmək niyyətinə düşüb, bunun üçün isə Tofiq Yaqublunu ön plana çıxarır.

Oqtay Gülalıyevin ölüm ayağında olması belə onları daha da həvəsləndirir və Oqtay Gülalıyevdən boşalacaq "hüquq müdafiəçisi" pozisiyasını da Əli Kərimli Tofiq Yaqublu ilə doldurmaq istəyir. Bununla da Əli Kərimli öz adamı olan Tofiq Yaqublunu gələcəkdə Müsavat başqanı edərək həm AXCP, həm də Müsavat Partiyasına nəzarət etmək istəyir. O bununla eyni zamanda Arif Hacılı və İsa Qəmbəri sıradan çıxarmağı planlaşdırır.

Göründüyü kimi, radikal müxalifət içindən parçalanır. Başqa vaxt demokratiyadan, azadlıqdan dəm vuran siyasi oyunbazlar fürsət düşən kimi bir-birinin ayağının altın qazır, bir-birinin arxasından iş çevirir. Bir daha aydın olur ki, onların məqsədi heç də xalq, millət, dövlətçilik deyil, onlar üçün heç bir dəyər yoxdur, öz çirkin məqsədlərinə çatmaq üçün milləti, dövləti, öz həmkarlarını satmağa hazırdırlar.

Bu baxımdan Əli Kərimli kimi satqından hər şey gözləmək olar. Çünki onun üçün heç bir dəyər yoxdur. Yalnız və yalnız ağalarının diqtəsi altında çalışır ki, ətrafında olan bütün insanları satsın və öz amalına çatsın. Belə insanlar təbii ki, xalqımız tərəfindən tamamilə öz layiq olduqları yerə silinib atılıblar".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Satqınlıq Əli Kərimlinin xislətində Deputat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ