Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kral Çarlzın fotosu olan əskinaslar dövriyyəyə buraxıldı - FOTO

Kral Çarlzın fotosu olan əskinaslar dövriyyəyə buraxıldı - FOTO

Tarix: 7 Iyun 2024 02:04

Üzərində Kral III Çarlzın fotosu olan 5, 10, 20 və 50 sterlinq əskinaslar dövriyyəyə buraxılıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə İngiltərə Mərkəzi Bankı (BoE) məlumat yayıb.

Digər tərəfdən, Kraliça II Elizabetin fotosu olan əskinaslar da ödəniş vasitəsi kimi istifadə olunmağa davam edəcək.

Qeyd olunub ki, köhnəlmiş pul nişanlarını əvəz etmək və əskinaslara olan ümumi tələbatı ödəmək üçün yeni əskinaslar buraxılacaq. Buna görə də Kral III Çarlzın portreti olan yeni əskinasların yayılmasının kifayət qədər yavaş olacağı gözlənilir.

"Bu, tarixi andır, çünki biz ilk dəfə əskinaslarımızdakı hökmdarı dəyişirik. Nağd pulun bir çox insan üçün vacib olduğunu bilirik və ictimaiyyət onları tələb etdiyi müddətcə əskinasları təqdim edəcəyik. Yeni əskinasların dövriyyəyə buraxılması bu qətiyyətin göstəricisidir", - deyə İngiltərə Mərkəzi Bankının (BoE) sədri Endryu Beyli bildirib.

Məlumata görə, üzərində Kral Çarlzın fotosu olan ilk əskinaslar ötən il çap edilib. Əskinaslarda əks olunan kralın portreti 2013-cü ildə çəkilmiş bir fotoşəkilə əsaslanır.

Milli.Az


Etiketlər:  Kral Çarlzın fotosu olan əskinaslar dövriyyəyə buraxıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ