Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2024 12:02
Pakistanda Əfqanıstanla sərhəddə yerləşən "Çaman" nəzarət-buraxılış məntəqəsində sakinlərlə polis arasında qarşıdurma baş verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Dawn" qəzeti yayıb.
Bildirilir ki, insident zamanı 40 nəfər xəsarət alıb. Hadisəyə səbəb isə yerli sakinlərin keçirdiyi etiraz aksiyasının liderinin həbs edilməsi olub. Belə ki, sakinlər artıq bir neçə aydır "Çaman" məntəqəsində Pakistan rəhbərliyinin pasport və vizası olmayan şəxslərin sərhədi keçməyə qadağa qoymasına etiraz edirlər. Bundan əvvəl isə pakistanlılar və əfqanlar sərhədi şəxsiyyət vəsiqələri ilə keçə bilirdilər.
Etirazçıların sözlərinə görə, yeni qaydalar tam ləğv olunana və həbs edilən bütün etirazçılar azad edilənə qədər aksiyanı davam etdirəcəklər.