Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ ordusu husilərin 5 PUA-sını və iki raketini vurub

ABŞ ordusu husilərin 5 PUA-sını və iki raketini vurub

Tarix: 8 Iyun 2024 07:38

ABŞ Silahlı Qüvvələri "Ansar Allah" hərəkatının husi üsyançılarının beş pilotsuz təyyarəsini və gəmi əleyhinə iki ballistik raketini zərərsizləşdirib.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "X"dəki səhifəsində məlumat yayıb.

"ABŞ-nin silahlı qüvvələri Yəmənin husilərin nəzarətində olan ərazisində dörd pilotsuz uçuş sistemini və gəmi əleyhinə iki ballistik raketi uğurla məhv edib. ABŞ qüvvələri Bab əl-Məndəb boğazına doğru atılan bir pilotsuz təyyarəni də uğurla zərərsizləşdirib", - xəbərdə deyilir.

Bundan əlavə, komandanlıq Qırmızı dənizdə husilərin patrul katerinin məhv edildiyini və üsyançıların Qırmızı dənizə gəmi əleyhinə dörd ballistik raket atdığını bildirib. ABŞ hərbi gəmiləri və koalisiyası, eləcə də ticarət gəmiləri bundan zərər görməyiblər.


Etiketlər:  ABŞ ordusu husilərin sını raketini vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ