Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2024 16:24
Rusiya iki il müddətinə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) üzvlüyündən çıxarılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu qərar Ukrayna tərəfinin şikayəti əsasında qəbul edilib.
Şikayətdə ölkənin nəzarətində olan və beynəlxalq ictimaiyyətin Ukrayna ərazisi kimi tanınan Donetsk, Luqansk, Zaporojye, eləcə də Krım bölgələrində fəaliyyət göstərən şahmat klublarının Rusiyanın Şahmat Federasiyasının üzvlüyünə qəbul edilməsi kəskin pislənilib.
Bununla yanaşı, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçə Rusiya Şahmat Federasiyasının Himayəçilər Şurasının üzvü olduğuna görə töhmət elan edilib.
Qeyd edək ki, sözügedən qərar avqust ayından qüvvəyə minəcək.