Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2024 19:16
Türkiyəli astronavt Tuva Cihangir Atasever ABŞ-nin "Spaceport" (Nyu-Meksiko ştatı) kosmodromundan kosmosa uçur.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, uçuş zamanı o, Türkiyə və Azərbaycan bayraqları olan forma geyinəcək.
Məlumat üçün deyək ki, onun anası azərbaycanlıdır.
Təxminən bir saat yarım davam edəcək uçuşda 13 müxtəlif elmi təcrübənin gerçəkləşdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin 100 illiyində Türkiyə Kosmik Agentliyi və TUBİTAK-ın seçimi əsasında 2 astronavt kosmosa uçuş haqqı qazanıb.
Daha əvvəl isə astronavt Alper Gezeravcı bu uğurlu işin öhdəsindən gəlib.
***
Türkiyəli astronavt Tuva Cihangir Ataseverin ABŞ-nin "Spaceport" (Nyu-Meksiko ştatı) kosmodromundan kosmosa uçuşu gerçəkləşib.