Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yığmamızdan 14 ilin REKORDU

Yığmamızdan 14 ilin REKORDU

Tarix: 9 Iyun 2024 09:52

Azərbaycan millisi 2024-cü ilə qollu oyunlar seriyası ilə başlayıb.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, Arif Əsədovun başçılıq etdiyi yığma bu il meydanı qolsuz tərk etməyib.

Komandamız ardıcıl 3-cü matçda qol sevinci yaşayıb. Monqolustan (1:0) və Bolqarıstanla (1:1) görüşlərin ardından Albaniya ilə qarşılaşmada da futbolçularımız rəqib qapısına yol tapıblar - 1:3.

Bu, son 14 ildə ilk belə hadisədir. Millimiz sonuncu dəfə 2010-cu ilin ilk üç matçında qol vurub. Həmin vaxt komandamız İordaniyanı 2:0, Lüksemburqu 2:1 hesabı ilə məğlub edib, Moldova ilə sülhə imza atıb - 1:1. Bu matçların hamısı yoxlama xarakterli olub.

Qeyd edək ki, yığmamız iyunun 11-də Qazaxıstanla yoldaşlıq oyununda seriyasını 4-ə də çatdıra bilər.



Etiketlər:  Yığmamızdan ilin REKORDU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ