Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Ermənistana nota göndərdi

Rusiya Ermənistana nota göndərdi

Tarix: 9 Iyun 2024 16:46

Ermənistan nümayəndə heyəti Buçaya səfər etdikdən sonra Rusiya Xarici İşlər Nazirliyi erməni həmkarlarına etiraz notası göndərib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "NEWS.ru"ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Moskva erməni nümayəndələrinin Ukraynanın bu şəhərinə səfərini qeyri-dost addım kimi qiymətləndirir, eləcə də Rusiyaya ünvanlanan qəbuledilməz bəyanatlar və Kiyevə humanitar yardımın göstərilməsi kimi qiymətləndirir.

"Biz paytaxtın Nor-Nork inzibati dairəsinin rəhbərləri Tiqran Ter-Marqaryanın və Ermənistanın diplomatik missiyasının rəhbəri Vladimir Karapetyanın Buça şəhərinə səfərini rəsmi İrəvanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndiririk. Biz onların Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yardım ötürməsindən və orada Rusiyaya qarşı qəbuledilməz bəyanatlardan narahatıq. Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərdik", - Zaxarova bildirib.

O xatırladıb ki, Ter-Marqaryan qərbyönlü Respublika Partiyasının sədri Aram Sarkisyanın müttəfiqidir, ona görə də onun reaksiyası tamamilə başa düşüləndir. Zaxarova həmçinin Ermənistan iqtidarının bu cür bəyanatlarla uzlaşmasından təəssüflənib.


Etiketlər:  Rusiya Ermənistana nota göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ