Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Atamla anamın bu halından utanmıram''

''Atamla anamın bu halından utanmıram''

Tarix: 10 Iyun 2024 16:30

"Xəstəxanada uşaqla yatmışam, mənə baxıb təəccüblənirdilər. Elə bilirlər biz səhnəyə çıxırıqsa, başqa yerdə olmamalıyıq. Deyirlər, Mehribanın qulluqçuları hardadı?".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova "Elgizlə izlə" verilişində deyib. Aktrisa valideynlərinin lal olmasından danışıb:

"Kiminsə övladı lal-kardır, gizlədir. Niyə utanmalıyıq? Bütün Azərbaycan bilir ki, atam da, anam da lal-kar olub. Bütün kartları açmışam, danışmışam ki, məndən əl çəkin. Atamla anamın bu halıyla fəxr etmişəm. Atam dünyasını dəyişib. Atam miningit olub və 7 yaşında lal-kar olub. Anamda isə anadangəlmədir. 6 övlad olduq, heç birimizə keçmədi. O cür övladdan utananlar maddi imkanı böyük olanlardır". 


Etiketlər:  Atamla anamın halından utanmıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ