Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2024 23:06
Bakıda azyaşlının ayağı velosipedin pedalı ilə korpusu arasında sıxılıb qalıb.
Sonxeber.net bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə həyata keçirilmiş tədbirlər sayəsində ayağı velosipedin pedalı ilə korpusu arasında sıxılıb qalmış 2018-ci il təvəllüdlü azyaşlıya müvafiq köməklik göstərilib.