Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Macarıstanda ikinci sınaq

Macarıstanda ikinci sınaq

Tarix: 11 Iyun 2024 09:28

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, yığmamız Macarıstanda keçirilən təlim-məşq toplanışında ikinci matçına çıxacaq.

Arif Əsədovun rəhbərlik etdiyi komanda Qazaxıstanla üz-üzə gələcək. Dörd gün əvvəl Albaniyaya 1:3 hesabı ilə uduzan millimiz bu dəfə uğurlu nəticə qazanmağa çalışacaq.

Qeyd edək ki, millimiz növbəti matçını sentyabrın 5-də İsveçə qarşı keçirəcək. Millətlər Liqasının ilk turunun qarşılaşması Bakıda baş tutacaq.

Yoldaşlıq oyunu
11 iyun
18:00. Azərbaycan - Qazaxıstan
Baş hakim: Bence Csonka (Macarıstan)
Sombatxey. "Haladas SportKomplexum"

Milli.Az


Etiketlər:  Macarıstanda ikinci sınaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ