Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kənd Təsərrüfatı Nazirliyi Çindən 1 milyon tut tingi gətirəcək

Kənd Təsərrüfatı Nazirliyi Çindən 1 milyon tut tingi gətirəcək

Tarix: 25 Noyabr 2019 07:48

Bakı. Eldar Canaşvili - Trend:

Kənd Təsərrüfatı Nazirliyi Çindən 1 milyon ədəd tut tingi gətirəcək.

Trend-in Nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, bu tinglər iqlimin əlverişsiz amillərinə qarşı dözümlüdür.

Ümumilikdə, indiyə qədər ölkəyə 3,5 milyon ədəd tut tingi gətirilib.

Tut bağlarının sahəsini artırmaq, olaraq Aqrar Elm və İnnovasiya Mərkəzinin Baytarlıq Elmi-Tədqiqat İnstitunun ixtisaslaşmış laboratoriyasında süni yem istehsalına nail olmaqla il ərzində barama istehsalının həcmini artırmağa imkan verəcək. Eyni zamanda, barama istehsalçılarının üzləşdikləri problemlərin operativ həll edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyində 11 nəfərdən ibarət Barama İstehsalçıları Şurası yaradılıb ki, bu Şura yaxın gələcəkdə sahənin strateji inkişafının təmin edilməsi üçün öz töhfəsini verəcək.

2018-2025-ci illər üçün Dövlət Proqramı çərçivəsində. 2025-ci ilə qədər yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.

Proqramın tədbirlər planına əsasən, yaxın illərdə baramaçılıq və ipəkçilik sahəsində klaster yanaşmanın tətbiqinin dəstəklənməsi, yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi tədqiqat işlərinin genişləndirilməsi, baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut ipəkqurdu toxumu ilə təmin edəcək toxumçuluq (qren) zavodlarının yaradılmasının dəstəklənməsi nəzərdə tutulub.

Twitter: @eldarjanashvili

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Kənd Təsərrüfatı Nazirliyi Çindən milyon tingi gətirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ