Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Küveytin Baş naziri İlham Əliyevi təbrik edib

Küveytin Baş naziri İlham Əliyevi təbrik edib

Tarix: 11 Iyun 2024 16:24

Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri cənab Prezident.

Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir və xoş arzularımızı çatdırmaqdan sevinc duyuruq.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrindən məmnunluğumuzu ifadə edir, münasibətlərimizin ortaq maraqlarımız naminə daha da möhkəmlənməsinə səy göstərdiyimizi vurğulayırıq.

Sizə uzun ömür, cansağlığı, dost Azərbaycan xalqına davamlı inkişaf və tərəqqi diləyirik".

Milli.Az


Etiketlər:  Küveytin Baş naziri İlham Əliyevi təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ