Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ən möhkəm sevgi yavaş-yavaş sevməkdir”

“Ən möhkəm sevgi yavaş-yavaş sevməkdir”

Tarix: 11 Iyun 2024 20:56

"Mənə elə gəlir ki, ən möhkəm sevgi yavaş-yavaş sevməkdir".

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq şairi Ramiz Rövşən "Söhbət var" verilişində deiyb.

O, əsl sevgi barədə qənaətini dilə gətirib:

"Yavaş-yavaş sevdim səni. Ən möhkəm sevgi də elə yavaş-yavaş sevməkdir. Sən onu tanıya-tanıya, zamanla, yavaş-yavaş sevirsən. Həkim də zamandır, cəllad da zamandır. O zamanın əlində cəllad bıcağı da ola bilər, qəssab baltası da. O sevgi ki, zamanla azalmır, ən gözəl sevgi odur. Leyli-Məcnun sevgisi başqadır. Leyli-Məcnun sevgisi məktəb sevgisi haqqındadır. Fizulini hissiyatımızın düsturu saya bilərik. Fizulidə Məcnun Leylinin qurbanı deyil, təsəvvürünün qurbanıdır: "Get-get, sən Leyli deyilsən". Artıq reallığa qayıdırıq".

Milli.Az


Etiketlər:  Ən möhkəm sevgi yavaş yavaş sevməkdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ