Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvan Kremlə ciddi zərbəyə hazırlaşır

İrəvan Kremlə ciddi zərbəyə hazırlaşır

Tarix: 12 Iyun 2024 23:06

Ermənistan hökuməti ilə Kreml arasında münasibətlərdə gərginlik hökm sürsə də, İrəvan "qırmızı çizgi"ni tam keçməyib. Ermənistanın Rusiyanın vaxtilə formalaşdırdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməsi qərarı münasibətlərdə "qırmızı gizgi"nin aşılması olacaq.

Sonxeber.net xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

"Baş nazir Nikol Paşinyan təşkilatı tərk edəcəklərinin anonsunu bu gün parlamentdə verib. Bundan əvvəl İrəvan təşkilata maliyyə ödəməkdən imtina edib. Ermənistanın KTMT-ni tərk etməsi Ukraynada işğalçı müharibəni davam etdirən və Qərblə mübarizə aparan Kremlə ciddi imic zərbəsi olacaq", - o vurğulayıb.


Etiketlər:  İrəvan Kremlə ciddi zərbəyə hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ