Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2024 12:28
Ermənistan parlamentinin sədri Alen Simonyanla müxalif deputatlar, o cümlədən "Hayastan" fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan arasında insident yaşanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, müxalif deputatlar Simonyanı deputat avtomobillərinin parlamentə girişinə məhdudiyyət qoymaqda ittiham ediblər.
Seyran Ohanyan parlamenti tribunasına qalxaraq Alen Simonyanı "yalan danışmaqda" ittiham edib. Erməni spiker isə Ohanyanın özünün yalan danışdığını bildirib və onu parlamentin tribunasından qovub.