Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hindistanda partlayış: ölənlər var

Hindistanda partlayış: ölənlər var

Tarix: 13 Iyun 2024 20:34

Hindistanın qərbindəki Maharaştra ştatının Naqpur şəhəri yaxınlığındakı partlayıcı istehsal edilən zavodda baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Ekonomik Tayms" qəzeti məlumat yayıb.

Məlumata görə, partlayış "Chamundi Explosive" şirkətinin qablaşdırma sexində baş verib, ölənlər arasında beş qadın var.

Polis hadisənin səbəblərini araşdırır.

Milli.Az


Etiketlər:  Hindistanda partlayış ölənlər var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ