Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürək xəstələri üçün ən faydalı bitki

Ürək xəstələri üçün ən faydalı bitki

Tarix: 14 Iyun 2024 08:21

Damotu və ya şirquyruğu adlanan bitki yüksək təzyiqdən əziyyət çəkənlər üçün olduqca faydalıdır.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, dərman bitkiləri arasında mühüm yer tutan şirquyruğu otu ənənəvi tibbdə müxtəlif məqsədlər üçün istifadə olunur.

Mütəxəssislər bu bitkinin ürək xəstəlikləri riskini azaltmaq, menopoz əlamətlərini aradan qaldırmaq, menstrual ağrıları azaltmaq, yüksək təzyiqi müalicə etmək və anksiyete probleminə çarə olmaq potensialı olduğunu bildirirlər.

Şirquyruğunun faydalı xüsusiyyətlərini təqdim edirik:

- Qan dövranını yaxşılaşdıraraq və qan təzyiqini aşağı salaraq ürək sağlamlığını dəstəkləyir.

- Menstruasiya dövrlərini tənzimləmək və menstruasiya ağrılarını sakitləşdirmək üçün üstünlük verilir.

- Təşviş pozuntusu zamanı kömək edir.

- İltihab əleyhinə xüsusiyyətləri ilə də tanınır. Bədəndəki iltihabı və ağrıları azaldır.

- İmmunitet sistemini dəstəkləyir.

- Həzmi yaxşılaşdırmaq üçün istifadə olunur.

Qeyd edək ki, bu bitki bir çox problemin həlli olsa da, ən böyük faydanı ürək xəstələri görür. Bitkidən adətən çay kimi istifadə edilir.


Etiketlər:  Ürək xəstələri üçün faydalı bitki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ