Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2024 17:25
Xalq artisti Röya Ayxan həmkarı, Xalq artisti Aygün Kazımova ilə münasibətlərindən söz açıb.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, sənətçi bu barədə qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb.
Proqramın aparıcısı "Məni Aygün Kazımova ilə küsülü bilənlər..." cümləsini Röyanın tamamlamasını istəyib. Estrada ulduzu isə pop diva ilə küsülü olmadığını bu sözlərlə ifadə edib:
"Bilməsinlər... Mən heç kimlə küsülü deyiləm. Mən "salam" verirəm və "salamımı" da alıram. Vəssalam! Nə edək, Aygün Kazımova ilə bir evdə yaşayaq?! (gülür) Qonşular binadan köçər".