Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paltardan ot ləkələrini belə təmizləyin

Paltardan ot ləkələrini belə təmizləyin

Tarix: 15 Iyun 2024 00:00

Bir çoxlarının ortaq problemlərindən biri də paltardakı ot ləkələridir. 

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, mətbəxdə sirkə, hamamda yuyucu toz varsa, o zaman bu ləkələri asanlıqla və tez çıxara bilərsiniz. 

Bunun üçün sprey şüşəsinə sirkə tökün və ləkələrin üzərinə səpin. Bundan sonra çirklənmiş yerləri bir bez və ya süngər ilə ovuşdurun.

Növbəti mərhələ üçün böyük bir qaba ehtiyacınız olacaq. Həmin qabı soyuq su ilə doldurun və yuyucu toz əlavə edin. Çirkli paltarları oraya qoyun və məhsulun təsirli olması üçün 30 dəqiqə gözləyin.

Göstərilən vaxtdan sonra paltarlar çıxarılmalı və təmiz suda yuyulmalıdır.

Son mərhələdə isə paltar temperaturu 30 dərəcədən çox olmayan paltaryuyan maşında yuyulur. Bütün bu prosedurlardan sonra ot ləkələri iz olmadan yox olacaq. 


Etiketlər:  Paltardan ləkələrini belə təmizləyin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ