Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2024 20:50
İsveçdə ömürlük həbsdə olan İranın keçmiş prokuror müavini Həmid Nuri azadlığa çıxıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə İranın İnsan Hüquqları üzrə Ali Şurasının katibi Kazım Qəribabadi məlumat verib.
O bildirib ki, Omanın vasitəçiliyi ilə İran və İsveçin aidiyyəti orqanlarının apardığı danışıqlar nəticəsində İranın keçmiş prokuror müavini Həmid Nuri həbsdən azad olunub və yaxın vaxtlarda o İrana gələcək.
Qeyd edək ki, 62 yaşlı Nuri 1988-ci ildə İranda ən azı 5000 məhbusun edamında oynadığı rola görə "beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və qətl"də təqsirli bilinib. 2022-ci ilin iyulunda ona ömürlük həbs cəzası verilib.