Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur

Tarix: 16 Iyun 2024 00:58

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.

Qurban bayramı bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə iyunun 16-na təsadüf edir.

Bu gün ölkənin bütün məscidlərində Qurban bayramı namazı qılınacaq.

Bayram namazı Heydər məscidində saat 7:30-da, Əjdərbəy məscidində (Göy məscid) isə 8:00-da qılınacaq.

Bayramla əlaqədar bu gün və sabah qurban kəsmək olar. Qurban kəsimləri Qida Təhlükəsizliyi Agentliyinin Bakıda və onun ətrafı, habelə ölkənin bölgələri üzrə xüsusi ayırdığı məkanlarda şəriət qaydalarına uyğun şəkildə Qafqaz Müsəlmanları İdarəsinin din xadimlərinin nəzarəti ilə həyata keçiriləcək.

Milli.Az


Etiketlər:  Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ