Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2019 13:27
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan hökumətinin qida təhlükəsizliyi sahəsində effektiv və səmərəli bir sistem qurmasını alqışlayırıq.
Trend-in məlumatına görə, bunu qida əlavələrinin təhlükəsizliyinə həsr olunan beynəlxalq seminarda USAID-n Azərbaycan üzrə missiyasının direktor əvəzi Eileen Louless deyib.
Onun sözlərinə görə, USAID Azərbaycanla qida təhlükəsizliyi sahəsində əməkdaşlıq etməkdən çox məmnundur. Təşkilat eyni zamanda, bu sahədə təcrübəsini paylaşmaq üçün özəl sektorla da əməkdaşlığa hazırdır: "USAID Azərbaycana, xüsusilə kənd təsərrüfatı, qida sənayesi və s. sahəsinin inkişafına dəstək göstərib. Biz Azərbaycan hökumətinin müxtəlif qurumları ilə əməkdaşlıq edərək aqrobiznes sektorunun inkişafına dəstək göstərəcəyik. Bundan əlavə, Azərbaycandakı aqrobiznes sektoruna dəstək olaraq, onların beynəlxalq standartlara uyğunlaşmasına və beynəlxalq ixrac sertifikatları əldə etməsinə kömək edəcəyik. Bu da öz-özlüyündə Azərbaycanda istehsalın keyfiyyətini artıracaq. Bu işlər müasir dünyada alıcıların marağına cavab verir".
E.Louless əlavə edib ki, qida təhlükəsizliyi insan sağlamlığı üçün çox vacib elementdir. Lakin son illərdə qida təhlükəsizliyi məsələləri daha çox aktuallaşıb.
USAID-n Azərbaycan üzrə missiyasının direktor əvəzi qeyd edib ki, qidaların istehsalı, emalı, saxlanması daha da mürəkkəbləşir: "Sözsüz ki, onların istifadəsi ilə bağlı da müəyyən suallar yaranır. Düzdür, qidalarda duz və şəkər kimi əlavələr əsrlər boyu istifadə edilib. Lakin digər əlavələr hazırda qidaların daha uzun müddət saxlanılması üçün daha çox istifadə olunur. Bu, heç bir halda istehlakçıları aldatmamalıdır və təhlükəsizlik baxımdan qidanın tərkibini pozmamalıdır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin