Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baydenin qəribə hərəkətlərinin SƏBƏBİ - Ağ Ev aydınlıq gətirdi

Baydenin qəribə hərəkətlərinin SƏBƏBİ -  Ağ Ev aydınlıq gətirdi

Tarix: 18 Iyun 2024 18:40

ABŞ Prezidenti Co Baydenin sosial mediada müzakirələrə səbəb olan videosu həqiqəti əks etdirmir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ağ Evin sözçüsü Karin Jan-Pyer deyib.

O bildirib ki, Baydenlə bağlı paylaşılan videolar manipulyasiya edilib:

"Bu paylaşımlar sizə respublikaçıların burada nə qədər çarəsiz olduğuna dair bilinməsi lazım olan hər şeyi deyir. Prezidentin vəzifədəki performansını danışmaq, ölkə üçün, Amerika xalqı üçün nələr etdiyini müzakirə etmək əvəzinə, bu manipulyasiya edilmiş videoları görürük".

O, həmçinin Ağ Evdə təşkil edilən tədbirdə Baydenin rəqs edənlərə qoşulmamasına da münasibət bildirib:

"Prezident orada dayanaraq musiqi dinləyib və rəqs etməyib. Üzrlü sayın, rəqs etməməyin səhhət problemi olduğunu bilmirdim. Ətrafdakı insanlara baxsanız, aralarında rəqs etməyənlərin də olduğunu görərsiniz".

Qeyd edək ki, G7 liderləri şəkil çəkdirən zaman Baydenin sıradan çıxaraq, kənardakı hərbçilərlə söhbətə başlaması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib, onun ruhi problemi olduğu bildirilib.


Etiketlər:  Baydenin qəribə hərəkətlərinin SƏBƏBİ aydınlıq gətirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ