Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paris meri Makronu Ermənistana ordu göndərməyə çağırdı

Paris meri Makronu Ermənistana ordu göndərməyə çağırdı

Tarix: 18 Iyun 2024 21:24

Fransanın bir sıra siyasətçiləri və ictimai xadimləri prezident Emmanuel Makronu Ermənistana sülhməramlı kontingent göndərməyə çağıran açıq məktub imzalayıblar.

Sonxeber.net Le Point-ə istinadən bildirir ki,  məktubu Parisin meri Ann İdalqo, Fransanın keçmiş xarici işlər naziri Bernar Kuşner və digər məşhur şəxslər imzalayıb.

Məktubu imzalayanlar arasında Respublikaçılar Partiyasının sədri Erik Çiotti, Avropa Parlamentinin üzvü Fransua-Ksavye Bellami, regional qanunvericilik assambleyalarının sədrləri Valeri Pekres (İl-de-Frans), Ksavye Bertran (O-de Frans), Loren Vaskes  (Overn-Ron-Alp), Nitsa şəhərinin meri Kristian Estrosi, Fransadakı yunan (o cümlədən Kipr) və kürd təşkilatlarının nümayəndələri, həmçinin jurnalistlər, yazıçılar və tarixçilər də var.


Etiketlər:  Paris meri Makronu Ermənistana ordu göndərməyə çağırdı


RƏYLƏR