Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2024 00:20
Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri və eləcə də Çin və İranla əlaqələrinin inkişafına cavab olaraq NATO Yaponiya, Avstraliya və Cənubi Koreya ilə əlaqələri gücləndirəcək.
Sonxeber.net xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq ABŞ Dövlət katibi Entoni Blinkenlə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Avropada baş verənlər Asiya üçün, Asiyada baş verənlər də Avropa üçün önəmlidir.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyaya səfər edib.