Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya mətbuatı Ardadan danışır: “Türkiyənin...”

Dünya mətbuatı Ardadan danışır: “Türkiyənin...”

Tarix: 19 Iyun 2024 13:28

Türkiyə millisinin və "Real"ın ulduz futbolçusu Arda Gülər ​​AVRO-2024-ə fırtına kimi başlayıb.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, vurduğu gözəl qolla qələbədə mühüm pay sahibi olan Arda Gülər ​​dünya mətbuatının da marağına səbəb olub.

Marca: "Arda Gülər ​​Türkiyə ilə ulduz kimidir. Türkiyənin Messisi"

ESPN: "16 yaşlı Lamin Yamal və 19 yaşlı Arda Gülər ​​Avropa çempionatının ilk matçında şou göstərirlər. Futbolun gələcəyi etibarlı əllərdədir".

Rio Ferdinand: "Arda Gülər. Turniri gənclərin çıxışı müəyyənləşdirir".

Guardian: "Güler "Türkiyənin Messi iddiasını davam etdirdi və ilk matçında Gürcüstanı darmadağın etdi."

FIFA: "Onun adı Gülərdir. Arda Gülər!"

The Sun: "Arda Gülərin möhtəşəm zərbəsi Ronaldonun rekordunu qırdı".

A Bola: "Arda Gülər ​​matçda çox iştirak etməsə də, möhtəşəm qolla matçın taleyini əla məqamda müəyyənləşdirdi".

Mundo Deportivo: "Aman Allahım, Arda Gülər ​​nə qol vurdu!"

El Pais: "Türkiyə Arda Gülərin mükəmməl qolu ilə Gürcüstanı 3-1 məğlub etdi".

Milli.Az


Etiketlər:  Dünya mətbuatı Ardadan danışır Türkiyənin


RƏYLƏR