Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2024 06:08
ABŞ-dən olan altı bacı dünyanın ən yaşlı bacısı kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Sonxeber.net "Unikal"-a istinadən xəbər verir ki, altı bacının ümumi yaşı 571 il 293 gündür. Onların hər birinin yaşı 88-101 arasındadır.
Doğulandan bəri Amerikalı qadınlar İkinci Dünya Müharibəsi və son COVID-19 pandemiyası da daxil olmaqla bir çox mühüm hadisələrlə üzləşiblər.
Bildirilir ki, qadınlar çox vaxt nömrəli köynəklərlə səyahət edirlər. Onların üzərindəki rəqəmlər yaşlarına görə nömrələnməni göstərir.