Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna ölkədən qaçanları geri qaytarmağa çalışır

Ukrayna ölkədən qaçanları geri qaytarmağa çalışır

Tarix: 21 Iyun 2024 07:50

Hər gün hərbi yaşda olan onlarla kişi Ukraynadan qeyri-qanuni olaraq xaricə getməyə çalışır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib.

O vurğulayıb ki, Ukrayna AB ölkələri ilə vətəndaşlarının geri qaytarılması ilə bağlı danışıqlar aparır:

"Biz Avropa Birliyindən olan həmkarlarımızla məsləhətləşirik. Təbii ki, Avropa Birliyinin hər bir ölkəsi Avropa Komissiyasının qanunlarına və qaydalarına uyğun fəaliyyət göstərir, ona görə də vətəndaşlarımızın sərhədi qeyri-qanuni keçdikləri təqdirdə mümkün geri qaytarılması ilə bağlı bu danışıqlar gələcəkdə də davam etdiriləcək".

Milli.Az


Etiketlər:  Ukrayna ölkədən qaçanları geri qaytarmağa çalışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ