Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dağıstanda terror aktları: Cinayət işi açıldı

Dağıstanda terror aktları: Cinayət işi açıldı

Tarix: 23 Iyun 2024 21:28

Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində baş verən terror aktları ilə bağlı cinayət işi açılıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

Komitə bildirib ki, terror aktlarında iştirak edən şəxslərin müəyyən edilməsi üçün hadisə yerində müstəntiqlər və kriminoloqlar işləyir.

Bundan başqa Dağıstanın Dərbənd şəhərində bütün kütləvi tədbirlər ləğv edilib.

Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb ki, atəş açan iki silahlı məhv edilib.

Qeyd edək ki, bu gün axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib. Terror aktları nəticəsində, ilkin məlumatlara görə, Rus Pravoslav Kilsəsinin keşişi, mühafizəçi və polis əməkdaşları həlak olub.


Etiketlər:  Dağıstanda terror aktları Cinayət işi açıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ