Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada elmi-tədqiqat institutunda yanğın - altı nəfərin meyiti tapılıb - YENİLƏNİB - FOTO

Rusiyada elmi-tədqiqat institutunda yanğın -  altı nəfərin meyiti tapılıb - YENİLƏNİB - FOTO

Tarix: 25 Iyun 2024 14:18

14:16

Moskva vilayətinin Fryazino şəhərində yanğın yerindəki binada altı nəfərin meyiti tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsindən bildirilib ki, Fryazinoda baş verən yanğında altı nəfər ölüb. Həmçinin qeyd edilib ki, ölənlərin sayının dəqiqləşdirilməsi istiqamətində işlər görülür.

İstintaq Komitəsinin Baş İstintaq İdarəsindən isə yanğına elektrik naqillərində baş verən nasazlığın səbəb olduğu bildirilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən yayılan xəbərə görə, yanğın tamamilə söndürülüb.

Qeyd edək ki, dünən hadisə zamanı doqquz nəfərin öldüyü bildirilmişdi.

--------------
24.04.2024


Rusiyanın Moskva vilayətində "Platan" Elmi-Tədqiqat İnstitutunun əsas binasında yanğında ölənlərin sayı 7-yə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb. Yanğının sahəsi 4500 kvadrat metrə qədər genişlənib.

Yanğının söndürülməsinə iki yanğınsöndürən helikopter də cəlb olunub.

Alov bütün binanı bürüyüb.

------------
18:24


Moskva vilayətində "Platan" Elmi-Tədqiqat İnstitutunun əsas binasında yanğının sahəsi 4 min kvadrat metrə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Artıq iki nəfərin öldüyü bildirilib. Onların özlərini yanan binanın 7-ci mərtəbəsində atdığı qeyd olunub.

FHN-nin məlumatında o da bildirilib ki, binada partlayış olub və bina tamamilə tüstü ilə örtülüb. Binanın daxilində konstruksiyaların uçması baş verib. Yanğını söndürmək üçün əraziyə iki helikopteri cəlb olunub.

-------
18:16


Moskva vilayətinin Fryazino şəhərində Platan Elmi-Tədqiqat İnstitutunda yanğın baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, yanğının baş verdiyi binada 9 nəfər var.

Yanğın binanın 3 mərtəbəsini bürüyüb.

Teleqram kanallarının yaydığı məlumata görə, binada partlayış baş verib.

İnstitunun nəzdində fəaliyyət göstərən "Nİİ Platan" zavodu Rusiyada elektron şüa cihazları və yarımkeçirici lazerlər, həmçinin maye kristal ekranlar hazırlayır.

Yanğının hansı səbəbdən baş verdiyi barədə rəsmi açıqlama verilməyib.

Milli.Az


Etiketlər:  Rusiyada elmi tədqiqat institutunda yanğın altı nəfərin meyiti tapılıb YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ