Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2024 20:56
Çexiya millisinin futbolçusu Patrik Şik Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyununda meydana çıxa bilməyəcək.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu zədə səbəbindən Türkiyə ilə qarşılaşmanı buraxmalı olacaq.
Gürcüstanla keçirilən matçda (1:1) komandasının yeganə qoluna imza atan "Bayer 04"ün forvardı həmin görüşdə zədə alıb.
Qeyd edək ki, Çexiya - Türkiyə oyunu iyunun 26-sı, saat 23:00-da start götürəcək.