Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Masazırda kafe və avtomobil təmiri sexi yanıb

Masazırda kafe və avtomobil təmiri sexi yanıb

Tarix: 26 Noyabr 2019 10:21

Bakı. Trend:

Abşeronda kafe və avtomobil təmiri sexi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Masazır qəsəbəsində bir dam altında tikilən ümumi sahəsi 150 m² olan birmərtəbəli tikilinin (kafe və avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisində “ЗАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Masazırda kafe avtomobil təmiri sexi yanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ