Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ələsgərov yenidən “Qəbələ”də

Ələsgərov yenidən “Qəbələ”də

Tarix: 28 Iyun 2024 18:00

"Qəbələ" heyətinə daha bir futbolçu qatıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Müdafiəçi Salman Ələsgərov yenidən "qırmızı-qaralar"ın formasını geyinəcək. 23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Klubun akademiyasının yetirməsi olan Ələsgərov 2021-23-cü illərdə "Qəbələ-2"nin formasını geyinib. O, ötən mövsümdə "Şamaxı"nın uğurları üçün çalışıb. Salman karyerası ərzində "Səbail-2" və "Zaqatala"da da çıxış edib. Müdafiəçi Azərbaycanın U-18 millisinə də cəlb olunub.

Qeyd edək ki, "Qəbələ" bunadək qapıçı Müşfiq Nadirov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.

Milli.Az


Etiketlər:  Ələsgərov yenidən Qəbələdə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ