Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden debatı uduzdu: yerinə kim gələ bilər?

Bayden debatı uduzdu: yerinə kim gələ bilər?

Tarix: 29 Iyun 2024 13:52

ABŞ Prezidenti Co Baydenin ilk canlı debatında Donald Tramp qarşısındakı zəif performansı ölkə və dünya mediasında səs-küyə səbəb olub.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə dünya mediasında müxtəlif xəbərlər dərc olunur.

Nümayəndələr Palatasının üzvü Roy konstitusiyanın 25-ci maddəsindən istifadə edərək, prezidentin vəzifə və öhdəliklərini lazımi şəkildə yerinə yetirə bilmədiyi üçün Baydenin vəzifədən uzaqlaşdırılması ilə bağlı layihə hazırladığını bildirib.

Layihə təsdiqləndikdən sonra Baydenin vəzifədən kənarlaşdırılması üçün 24 saat ərzində konqresə göndəriləcək.

ABŞ-ın ən böyük mətbu orqanlarından olan "Nyu York Tayms" isə prezidentə "geri çəkil" çağırışını edib.

"Vaşinqton Post" qəzeti Baydenin yerinə gələ biləcək 10 nəfərin adını açıqlayıb.

Siyahıda vitse-prezident Kamala Harris və Mişel Obamanın adı da yer alıb.


Etiketlər:  Bayden debatı uduzdu yerinə gələ bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ