Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2024 08:28
ABŞ prezidenti Cozef Bayden seçki kampaniyası zamanı Fransanı İtaliya ilə səhv salıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, ABŞ lideri dünya müharibələrində öldürülən əsgərlər üçün Fransa qəbiristanlığına toxunaraq bildirib: "O (keçmiş prezident Donald Tramp - Qeyd) İtaliyadakı qəbiristanlığa getməzdi".
Qeyd edək ki, 81 yaşı olan Bayden ictimai çıxışlarında tez-tez ölkələri və adları səhv salır.
Cari ilin əvvəlində Bayden yaddaş probleminin olmadığını bildirsə də, Meksika və Misir prezidentlərini, eyni zamanda 28 il əvvəl dünyasını dəyişən keçmiş Fransa prezidenti Fransua Mitteranla Emmanuel Makronu səhv salmışdı. Mart ayında çıxışı zamanı isə ukraynalılar əvəzinə iranlılar demişdi.