Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2019 11:44
“Qarabağ”ın yarımmüdafiəçisi Miçel Madera noyabrın 28-də “Sevilya”ya qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin oyunu ilə bağlı fikirlərini açıqlayıb.
Qol.az xəbər verir ki, “Deportes ABCdesevilla” nəşrinə müsahibəsində o deyib ki, qarşıdakı matç çətin olacaq: “Sevilya”nın gücünə hamı bələddir. Mənə “Ramos Sançes Pisxuan”da (“Sevilya”nın stadionu – red.) oynamaq sevinci nəsib olub. Bu, xüsusi bir hissdir. Bura super, gözəl bir stadiondur. Bilirik ki, bizi çətin matç gözləyir. “Sevilya” çox güclüdür və öz meydanında adətən, rəqiblərə xal qazanmağa imkan vermir”.
“Qarabağ”ın şansları haqda da danışan Miçel deyib: “Əgər APOEL “Düdelanj”ı udsa, biz isə “Sevilya”ya uduzsaq, “Qarabağ” üçün hər şey bitəcək. Ümid edirik ki, müsbət nəticə qazana bilərik”