Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2025 09:58
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyində (İB) struktur və kadr dəyişiklikləri olub.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, "Azneft"in baş direktoru Əli Qurbanov vəzifəsindən azad edilib.
Əli Qurbanov daha əvvəl "Umid Babək Əmliyyat Şirkəti"nin Azərbaycandakı filialının direktoru vəzifəsində çalışıb. 2024-cü ildə "Azneft"ə baş direktor təyin edilmişdi.
Yeni qərarla o, "SOCAR Upstream" xüsusi layihələr üzrə direktor vəzifəsinə təyin edilib.
Digər bir qərarla "Azneft"in baş direktoru vəzifəsi ləğv edilib. Bundan sonra İB-də müxtəlif sahələr üzrə bir neçə direktor vəzifəsi olacaq.