Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həftədə nə qədər yumurta yemək olar?

Həftədə nə qədər yumurta yemək olar?

Tarix: 1 Iyul 2024 10:09

Sağlamlığınıza zərər vermədən həftədə nə qədər yumurta yeyə biləcəyiniz ortaya çıxıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə ABŞ-dan olan kardioloqlar danışıblar.

Alimlər bir sıra araşdırmalara və qidalanma təcrübələrinə, eləcə də məlumatların təhlilinə əsaslanaraq yumurtanın yağsız protein və mühüm mikroelementlər, fosfor, selen, həmçinin A, B2, B5, B12 vitaminlərinin yaxşı mənbəyi olduğunu təsdiqləyiblər.

Yumurtaların tərkibi istehsal və hazırlanma üsulundan asılı olaraq dəyişə bilsə də, alimlər həftədə 12 yumurta yeməyin məqbul olduğu qənaətinə gəliblər. Bu miqdar xolesterol səviyyəsinə ciddi təsir etməyəcək və sağlamlığa zərərli təsir göstərə bilməz.

Bununla belə, bu məhsulları istehlak etməzdən əvvəl yenə də həkiminizlə məsləhətləşmək məsləhət görülür.

Milli.Az


Etiketlər:  Həftədə qədər yumurta yemək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ