Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dağlıq Qarabağın azərbaycanlı icması erməni icma ilə danışıqlara hazırdır - Tural Gəncəliyev

Dağlıq Qarabağın azərbaycanlı icması erməni icma ilə danışıqlara hazırdır - Tural Gəncəliyev

Tarix: 26 Noyabr 2019 12:12

Bakı. Samir Əli - Trend:

Dağlıq Qarabağın azərbaycanlı icması erməni icma ilə danışıqlara hazırdır.

Trend-in məlumatına görə, bunu Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, belə bir təklif olarsa, icma qarşı tərəflə dialoq apara bilər: "Azərbaycanlı jurnalistlərin Dağlıq Qarabağa və Ermənistana, erməni jurnalistlərin isə Azərbaycana səfəri danışıqlar prosesi üçün çox əhəmiyyətli idi. Bu prosesin davam etdirilməsi irəliləyişə səbəb ola bilər. Əgər bu proses çərçivəsində azərbaycanlı və erməni icmalarının da görüşü, qarşılıqlı səfərləri təklif edilərsə, biz bu görüşə və dialoqlara hazırıq, bu təklifi dəstəkləyirik".


Etiketlər:  Dağlıq Qarabağın azərbaycanlı icması erməni icma ilə danışıqlara hazırdır Tural Gəncəliyev


RƏYLƏR