Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə bu ölkələrlə razılaşdı, Operativ Qrup yaradıldı

Türkiyə bu ölkələrlə razılaşdı, Operativ Qrup yaradıldı

Tarix: 2 Iyul 2024 07:28

Türkiyə Rumıniya və Bolqarıstanla birlikdə Qara dənizdə mina təhlükəsi ilə mübarizə aparacaq.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Hərbi Dəniz Qüvvələrinin rəhbəri, admiral Ərcümənt Tatlıoğlu üç Qara dəniz ölkəsinin nümayəndələrinin 1 iyul - Naviqasiya və Kabotaj Gününə həsr olunmuş birgə iclasında bildirib.

Onun sözlərinə görə, Bolqarıstan və Rumıniya ilə razılaşmaya uyğun olaraq Qara dənizdə minalara qarşı tədbirlər üzrə Operativ Qrup ("MCM Black Sea") yaradılıb. Qrupa Türkiyə rəhbərlik edir.

Operativ Qrupa daxil edilən gəmilər iyulun 1-də İstanbulun Beykoz rayonundakı Umuryeli dəniz bazası ərazisindən yola düşəcəklər.

Milli.Az


Etiketlər:  Türkiyə bu ölkələrlə razılaşdı Operativ Qrup yaradıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ