Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zibil kimi atdığımız qarpız tumlarının inanılmaz faydası

Zibil kimi atdığımız qarpız tumlarının inanılmaz faydası

Tarix: 2 Iyul 2024 14:03

Yay fəslində ən çox istifadə edilən qida məhsullarından biri də qarpızdır. Yayda əksəriyyət bu bostan məhsulundan müntəzəm istifadə edir, amma onun tumundakı faydalardan xəbərsizik. Tumları təmizləməyə çalışırıq, halbuki onun tumları olduqca xeyirlidir.

Sonxeber.net teleqraf.com-a istinadən xəbər verir ki, qarpız tumları yüksək liflə zəngindir. Bu xüsusiyyəti sayəsində həzm prosesini asanlıqla yaxşılaşdırır. Qəbizlik probleminiz varsa, dərman əvəzinə qarpız tumları ilə problemi yoluna qoya bilərsiniz.

Qarpız tumları dərini də gözəlləşdirir. Tumlarda çoxlu antioksidanlar və omeqa-3 var. Bu xüsusiyyətlər dərinin yenilənməsini, nəfəs almasını və qocalma əlamətlərinin azaldılmasını təmin edir.

Sızanaq kimi dəri problemlərinin qarşısının alınmasında da qarpız tumlarının gərəkli rolu var. Qarpız toxumları diabet xəstələri üçün müalicəvi əhəmiyyətə malikdir. Qan şəkərini balanslaşdırır.

Mütəxəssislərin sözlərinə görə, qarpız tumlarının bir faydası da enerji verməsidir. Aşağı kalorili və yüksək enerji səviyyəsi sayəsində yorğunluğa qarşı yaxşı müqavimət rolu oynayır. Tərkibindəki minerallar və liflərlə bütün yorğunluğu bədəninizdən çıxarır. Həmçinin damar sağlamlığını qoruyur.

Qarpız toxumları omeqa-3 və omeqa-6 yağları ilə çox zəngindir. Damarların tıxanması və sərtləşməsinin qarşısını alır, qan dövranından qaynaqlanan xəstəliklərdən qoruyur.

Əgər təzyiq probleminiz varsa, qarpız tumlarından faydalana bilərsiniz. Tərkibindəki bol zülal və amin turşuları qan təzyiqini tənzimləməyə yardımçı olur.

Qarpız toxumlarında sümüklər üçün son dərəcə faydalı olan bol maqnezium var.


Etiketlər:  Zibil kimi atdığımız qarpız tumlarının inanılmaz faydası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ