Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Damlanın prodüserindən İranda etirazlara səbəb olan konsertlə bağlı AÇIQLAMA - YENİLƏNİB - VİDEO

Damlanın prodüserindən İranda etirazlara səbəb olan konsertlə bağlı AÇIQLAMA - YENİLƏNİB - VİDEO

Tarix: 2 Iyul 2024 20:25

Məsumə Məmmədovanın (Damla) prodüseri müğənninin İranın Ərdəbil şəhərində konsert verdiyi salonun yerli prokurorluq tərəfindən möhürlənməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az bildirir ki, bu barədə Oxu.Az-a danışan Şamil İbrahimov bildirib ki, müğənni Ərdəbilə konsert üçün yox, toy məclisində iştirak etmək üçün gedib:

"Ərdəbilə konsert verməyə getməmişdik. Açıq havada toy mərasimi keçirilirdi. Orada iştirak etdik. Damla xanım hicabda olub. Hava Limanından çıxdıqdan sonra hicabsız olub. Yayılan məlumatlar yanlışdır. Biz orada heç bir problem yaşamadıq. Qayda pozuntusuna da yol verilməyib".

Ş.İbrahimov hazırda Məsumə Məmmədovanın Bakıda olduğunu vurğulayıb:

"Damla xanım Bakıdadır. Hər şey qaydasındadır".

-------

15:55

Müğənni Damlanın Ərdəbilə səfəri və orada şadlıq saraylarından birində çıxışından sonra həmin yerin fəaliyyəti qadağan edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ərdəbil əyalətinin prokuroru Cəlal Afaqi bildirib.

"Qanunları və dəyərləri pozaraq hakim islam mədəniyyətinə məhəl qoymayan bu müğənni ictimai qaydalara xələl gətirmiş və əxlaqsızlığı təbliğ etmişdir. Məsələ ciddi şəkildə araşdırılır və ölçü götürüləcək", - Afaqi deyib.

Qeyd edək ki, azərbaycanlı müğənni Damlanın Ərdəbil səfəri, orada ifası və hicabsız görüntüləri sosial media kanallarında geniş yayılıb. Radikal dinçi cərəyana mənsub media kanalları bunu tənqid ediblər.

Milli.Az


Etiketlər:  Damlanın prodüserindən İranda etirazlara səbəb olan konsertlə bağlı AÇIQLAMA YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ