Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paris Olimpiadası ləğv edilir?

Paris Olimpiadası ləğv edilir?

Tarix: 4 Iyul 2024 12:50

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Paris Olimpiadasının mümkün ləğvi ilə bağlı məlumatla əlaqədar bəyanat yayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Fransada parlament seçkisinin birinci turundan sonra kütləvi etiraz aksiyaları fonunda Paris Olimpiyadasının təxirə salınması ilə bağlı yayılan xəbərlərin dezinformasiya olduğu açıqlanıb.

"Bu, açıq-aydın Fransaya, BOK-a və onun prezidentinə və Olimpiya Oyunlarına qarşı davam edən dezinformasiya kampaniyasının bir hissəsidir . Bunun heç bir faktiki əsası yoxdur. BOK prezidenti və bütün Olimpiya Hərəkatı 2024-cü ildə Parisdə keçiriləcək möhtəşəm Olimpiya Oyunlarını səbirsizliklə gözləyir".

Parisdə keçiriləcək Olimpiya Oyunlarının iyulun 26-da başlaması və avqustun 11-dək davam etməsi planlaşdırılır.

Milli.Az


Etiketlər:  Paris Olimpiadası ləğv edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ