Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin Putinə bir zənglə münaqişəni həll edə bilər - İDDİA

Çin Putinə bir zənglə münaqişəni həll edə bilər - İDDİA

Tarix: 3 Iyul 2024 14:56

Çin hakimiyyəti Rusiyaya bir telefon zəngi ilə Ukrayna münaqişəsini həll edə bilər.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bunu Finlandiya prezidenti Alexander Stubb bildirib.

Stubb "Bloomberg"ə müsahibəsində "Rusiya hazırda Çindən o qədər asılıdır. Çin sədri Si Cinpinin bir telefon zəngi bu böhranı həll edəcək. Əgər o, sülh danışıqlarına başlamağın vaxtı olduğunu desə, Rusiya bunu etməyə məcbur olacaq" deyib.

Daha əvvəl Stubb Ukraynadakı münaqişənin gərginləşməsinə və Avropanın Kiyevə yardımına toxunaraq, Avropa ölkələrinin "müharibə iqtisadiyyatına" keçməsinin vaxtının çatdığını qeyd edib.


Etiketlər:  Çin Putinə zənglə münaqişəni həll edə bilər İDDİA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ