Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kanadada məşhur repçi konsertdən sonra döyüldü

Kanadada məşhur repçi konsertdən sonra döyüldü

Tarix: 3 Iyul 2024 22:50

Məşhur repçi Rik Ross Kanadanın Vankuver şəhərində konsert verdikdən sonra döyülüb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hadisə Rossun son vaxtlar repçi Dreyklə münaqişəsi səbəbindən baş verib. Bundan əlavə, Rik Rossun konserti zamanı Kendrik Lamarın Dreyki tənqid etdiyi "Not Like Us" mahnısı səsləndirilməsi də onların xoşuna gəlməyib.

Dreykə ünvanlanan təhqirlərdən qəzəblənən kanadalılar Rossa yaxınlaşıblar. Qəzəbli azarkeşlərdən biri Rossu yumruqla vurub və münaqişə əlbəyaxa döyüşə çevrilib. Reperin mühafizəçilərindən biri bir neçə nəfərin hücumuna məruz qalıb və sənətçini müşayiət edən komanda üzvlərindən biri huşunu itirib.

2024-cü ilin əvvəlində Rik Ross və Dreyk bir-birinə qarşı hücumlar mübadiləsi aparmağa başladılar. Xüsusən də, Ross rəqibini "şirin Dreyk" adlandırıb, burnuna əməliyyat etdirdiyini və qaradərili olmadığını bildirib.


Etiketlər:  Kanadada məşhur repçi konsertdən sonra döyüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ