Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2024 19:22
Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko iyulun 4-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində altı dəfə danışıblar.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Belarus dövlət başçısının mətbuat xidmətinə yaxın "Pul" teleqram kanalı məlumat yayıb.
"Belarus və Rusiya prezidentlərinin dünən ətraflı söhbəti olub, bu gün də davam edib. Astananın gərgin gündəmi heç bir müdaxilə etməyib - liderlər artıq gün ərzində altı dəfə danışıblar", - məlumatda deyilir.
Qeyd edək ki, iyulun 3-dən 4-dək Astanada ŞƏT sammiti keçirilir.