Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2019 16:16
UEFA 2019-cu ilin rəmzi komandasını müəyyənləşdirmək üçün səsverməyə start verib.
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, namizədlər sırasında 50 futbolçu yer aləıb.
Səsvermənin nəticələri gələn ilin yanvar ayında açıqlanacaq.
Qapıçılar: Alison Bekker ("Liverpul"), Ederson Moraeş ("Mançester Siti"), Yan Oblak ("Atletiko"), Andre Onana ("Ayaks"), Mark-Andre ter Ştegen ("Barselona")
Müdafiəçilər: Jordi Alba, Jerar Pike (hər ikisi "Barselona"), Trent Aleksander-Arnold, Endryu Robertson, Vircik van Deyk (hamısı "Liverpul"), Sezar Aspilikueta ("Çelsi"), Deyli Blind, Nikolas Talyafiko (hər ikisi "Ayaks"), Matteys de Liqt ("Yuventus"), Xose Mariya Ximenes ("Atletiko"), Yozua Kimmix ("Bavariya"), Xalidu Kulibali ("Napoli"), Emerik Laport ("Mançester Siti"), Serxio Ramos ("Real"), Yan Vertonqen ("Tottenhem")
Yarımmüdafiəçilər: Tyaqo Alkantara ("Bavariya"), Kevin De Bruyne, David Silva, Bernardo Silva (hamısı "Mançester Siti"), Frenki de Yonq ("Barselona"), Anxel Di Mariya (PSJ), Fabinyo, Cordan Henderson, Corcinyo Veynaldum (hamısı "Liverpul"), Bruno Fernandeş ("Sportinq"), Jorjinyo, Nqolo Kante (hər ikisi "Çelsi"), Fabian Ruis ("Napoli"), Donni van de Bek, Hakim Zieş (hər ikisi "Ayaks")
Hücumçular: Serxio Aqüero, Rahim Sterlinq (hər ikisi "Mançester Siti"), Pyer-Emerik Obameyanq ("Arsenal"), Roberto Firmino, Sadio Mane, Məhəmməd Salah (hamısı "Liverpul"), Serj Qnabri, Robert Levandovski (hər ikisi "Bavariya"), Eden Azar ("Real"), Harri Keyn, Son Hun Min (hər ikisi "Tottenhem"), Kilian Mbappe (PSJ), Lionel Messi ("Barselona"), Kriştianu Ronaldo ("Yuventus"), Duşan Tadiç ("Ayaks")