Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2024 08:00
Macarıstanın Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli imkanlarını müzakirə etdiyi Moskvaya səfəri ilə bağlı Aİ rəhbərliyinin tənqidlərini rədd edib.
Sonxeber.net "report"a istinadən bildirir ki, Macarıstan hökumətinin başçısı Brüssel bürokratiyasının özünün hələ də müharibə aparan tərəflər arasında münasibətlərin normallaşması üçün heç nə etmədiyini xatırladıb.
"Məhz bu Brüssel bürokratik cəfəngiyyatı Rusiya-Ukrayna müharibəsində sülhə yol tapmaqda heç bir nəticə vermədi, əgər müharibəni bitirmək istəyiriksə, bizə bürokratik deyil, siyasi yanaşma lazımdır", - deyə Orban sosial şəbəkədə yazıb.