Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden Vaşinqtonda Zelenskini gözləyir

Bayden Vaşinqtonda Zelenskini gözləyir

Tarix: 6 Iyul 2024 23:00

ABŞ Prezidenti Co Bayden administrasiyası gələn həftə Ukrayna lideri Vladimir Zelenski ilə görüş üzərində işləyir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ağ Evin yüksək rütbəli rəsmisi məlumat verib.

Ehtimallara görə, danışıqlar NATO-nun Vaşinqtonda keçiriləcək sammiti çərçivəsində baş tuta bilər.

Ağ Evin yüksək rütbəli rəsmisi deyib ki, Bayden iyulun 9-da alyansın 75-ci ildönümü ilə bağlı tədbir çərçivəsində NATO liderləri ilə görüşəcək. İyulun 10-da keçiriləcək sammitdə o, İsveçi yeni NATO üzvü kimi qarşılayacaq və həmin axşam Ağ Evdə birgə şam yeməyi planlaşdırılır.

Milli.Az


Etiketlər:  Bayden Vaşinqtonda Zelenskini gözləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ